AZ

Masallı və Astarada yanğın oldu

Masallı rayonunun Qızılavar kəndində ümumi sahəsi 44 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 24 m² sahədə yanıb.Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Astara rayonunun Qamışoba kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 16 m² olan sanitar qovşağının dam örtüyünün yanar konstruksiyaları yanıb.

Sanitar qovşağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
47
3
metbuat.az

9Mənbələr