İsrail qüvvələri HAMAS hərəkatının lideri Məhəmməd Sinvarı öldürüb.
"Unikal" İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunis şəhərindəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verib ki, hədəf Qəzza zolağında HAMAS-a və təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.