Bakı. Trend:
Çin asteroidlərə dair tədqiqatlar aparmaq məqsədilə hazırlanmış“Tianven-2” kosmik zondunu uğurla işə salıb.
Trend xəbər verirki, bu barədə Çin Milli Kosmik İdarəsinə (CNSA) istinadla “Sinxua”agentliyi məlumat yayıb.
Məlumata görə, “Tianven-2” ölkənin cənub-qərbində yerləşənSiçuan əyalətindəki kosmodromdan “Çançzjen-3B” daşıyıcı raketivasitəsilə yerli vaxtla saat 01:31-də orbitə buraxılıb.
Zondun əsas vəzifəsi Yerə yaxın 2016HO3 asteroidindən nümunələrtoplamaq, həmçinin Mars ilə Yupiter arasında yerləşən əsas asteroidqurşağında olan 311P kometasını tədqiq etməkdir.
On il davam edəcək bu missiyanın əsas məqsədi asteroidlərinstrukturu, tərkibi və Günəş sisteminin ilkin mərhələdə formalaşmasıvə təkamülü ilə bağlı yeni məlumatlar əldə etməkdir.