BAKI, TurkicWorld
2025-ci ilin yanvar - aprel ayında Türkiyədə İran kapitalı ilə 83 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 110 milyon 610 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 175 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - aprel ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (76) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 96 milyon 360 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - aprel ayında Türkiyədə İran kapitalı ilə 36 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.