“Maraqlıdır ki, yarım milyard manatdan artıq təsdiqlənmiş nəhəng smeta dəyərinə baxmayaraq, tikinti zamanı binaların fasadları “sadələşdirilir”, əvvəlcədən razılaşdırılmış layihədən kənara çıxılır – bu isə xüsusilə çoxsaylı, əksəriyyəti də olduqca baha başa gələn fasad detallarda aydın hiss olunur, onlar yoxdur”.
Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, yeni tikililərin interyerinə peşəkar mütəxəssislər tərəfindən heç bir nəzarət yoxdur:
“Təsəvvür edirəm, yeni tikililərin interyerlərində hansı fırıldaqlar baş verir – bu sahədə professional mütəxəssislər tərəfindən heç bir nəzarət yoxdur. Amma tikintinin smeta dəyəri əvvəlki kimi qalır, hətta artır. Bəs "qənaət edilən" bu fərq hara gedir?”
Nazim Hacıyev
Telegram kanalımız