Azərbaycan kubokunun finalçılarının baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaq.
Msport.az xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssisdir.
Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyir.
Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna cari mövsümün gedişində gəlib. Debüt mövsümündə finala yüksələn rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilər. İndiyədək 16 mütəxəssis belə uğura imza atıb:
1. Qurban Qurbanov – 6
 2. Mehman Allahverdiyev – 4
 3. Agasəlim Mircavadov – 3
 4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov – 2
 8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev – 1.