AZ

İbrahim Tatlısəsdən qalmaqallı açıqlama: Onlar məzarıma da gəlməsinlər

Türkiyəli müğənni İbrahim Tatlısəs qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Gazete Magazin”ə danışan sənətçi həyatı boyu iki insanı heç vaxt bağışlamayacağını bildirib:

"Biri kişi, biri qadın olan iki insanı ölənə qədər heç vaxt bağışlamayacağam. Bağışlanma diləsələr də, onlar üçün əfv yoxdur. Mən onları yanımda belə istəmirəm. Hətta olduqları şəhərdən qaçdım, İzmirə köçdüm. Hətta Bodrumdan da qaça bilərəm. Bir gün mən öləndə sevdiklərim də onlardan uzaq dursunlar. Onlar heç məzarıma da gəlməsinlər".

Tatlısəs sözügedən şəxslərlə bağlı hüquqi addım atmağı planlaşdırdığını da açıqlayıb:

Seçilən
75
22
publika.az

10Mənbələr