AZ

Pietro Parolin: Rusiya-Ukrayna sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq

Vatikan, 29 may, AZƏRTAC

Müqəddəs Taxt-Tac Rusiya və Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Vatikanın Dövlət katibi kardinal Pietro Parolin deyib.

Dövlət katibi Ukraynada atəşkəsə çağırıb: “Papa XIV Leo Müqəddəs Taxt-Tacın neytral, qorunan bir məkan təmin edərək istənilən danışıqlara ev sahibliyi üçün tam hazır olduğunu təklif edib. Bu vasitəçilik deyil, çünki vasitəçilik tərəflər tərəfindən istənilməlidir. Bu halda, mümkün görüş üçün yalnız açıq qonaqpərvərlik təklifi olub. Hazırda Cenevrə kimi digər potensial yerlər müzakirə edilir. Hər halda, ruslar və ukraynalılar arasında danışıqların - bizim hamımızın ümid etdiyimiz danışıqların - harada aparılacağı vacib deyil. Həqiqətən vacib olan odur ki, bu danışıqlar nəhayət başlasın, çünki müharibə təcili olaraq dayandırılmalıdır”.

Pietro Parolin, həmçinin Qəzzada beynəlxalq humanitar hüquqa riayət etməyə, bütün girovların azad olunmasına çağırıb, antisemitizmi pisləyib.

“Qəzzada baş verənlər qəbuledilməzdir. Beynəlxalq humanitar hüquq bütün hallarda tətbiq edilməli və hamıya şamil olunmalıdır”, - deyə o bildirib.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
264
30
azertag.az

10Mənbələr