AZ

Azərbaycan nümayəndə heyəti üçün Özbəkistanın Buxara şəhərinə mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti üçün Buxara şəhərinə təşkil olununmediatur çərçivəsində bir sıra məkanlarla tanışlıq olub.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumatverilib.

Bildirilib ki, nümayəndə heyəti əvvəlcə “Buxoro Agroklaster”MMC-yə səfər edib. Qonaqlara bildirilib ki, kompleksinmüəssisələrində müasir texnologiyalar tətbiq edilir və keyfiyyətənəzarət laboratoriyaları fəaliyyət göstərir.

Buxaranın əsas görməli yerlərindən biri olan Ark qalasınıziyarət edən qonaqlara qalanın tarixi, memarlıq xüsusiyyətləri vəBuxara xanlığının idarə olunmasındakı əhəmiyyəti barədə məlumatverilib. Səfər iştirakçıları kompleksin ərazisində yerləşən muzeyeksponatlarına da baxıblar.

Sonra nümayəndə heyəti Kalon minarəsi, Kalon məscidi və MiriƏrəb mədrəsəsinin daxil olduğu Kalon memarlıq kompleksində olub.XII əsrdə tikilmiş və hələ də Buxaranın simvolu sayılan əzəmətliminarə xüsusi təəssürat yaradıb.

Mediatur çərçivəsində "Sitorai Moxi Hosa" iqamətgahı da ziyarətolunub. Qeyd edilib ki, Buxara əmiri üçün inşa edilmiş iqamətgahıntikintisi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərinə təsadüfedir. Hazırda burada dekorativ və tətbiqi sənətlər muzeyiyerləşir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
277
2
az.trend.az

3Mənbələr