AZ

Zabratda su kəsiləcək

Sabah səhər saatlarından axşam saatlarınadək Bakının Zabrat qəsəbəsinə içməli suyun verilməsində fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Buna səbəb qəsəbəni içməli su ilə təchiz edən magistral xətdə təmir işlərinin aparılmasıdır.

Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Seçilən
106
28
anews.az

10Mənbələr