1–3 iyun tarixlərində Hindistan və Avropa İttifaqı Hind Okeanında Hərbi Dəniz Qüvvələrinin birgə hərbi təlimlərini keçirəcək.
APA xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqına məxsus saytlardan birində yerləşdirilib.
Bildirilib ki, taktiki manevrlərdə Hindistanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər, Aİ-nin Hərbi Qüvvələrinə aid iki hərbi freqat, eləcə də hərbi aviasiya heyətləri iştirak edəcək.
Burada əsas diqqət Sakit okean regionunda təhlükəsizliyə, eləcə də piratçılıq və narkotik vasitələrin qanunsuz dövriyəsi ilə mübarizəyə yönəldiləcək.