AZ

PSJ-nin səhmləri ABŞ şirkətinə satıldı

Fransa klubu PSJ-nin səhmlərinin 12,5 faizi ABŞ-ın “Arctos Partners” şirkətinə satılıb.

Valyuta.az xəbər verir ki, səhmlərin satış qiyməti ümumilikdə 4,25 milyard avro təşkil edib.

Klubdan verilən açıqlamada, "Arctos Partners"in PSJ-nin qlobal böyüməsini sürətləndirəcəyi ifadə edilib. Bununla yanaşı, genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşlərlə qarşılıqlı əlaqə qurmaq və dünyada idman investisiya imkanlarını araşdırmaq üçün "Arctos Partners"lə əməkdaşlığa başlanıldığı bildirilib.

Paris təmsilçisinin prezidenti Nasser Al-Xelaifi açıqlamasında səhm satışının klub üçün mühüm dönüş nöqtəsi olduğunu, davamlı uğur və böyüməyə çox töhfə verəcəyini deyib. 

MLS və NBA daxil olmaqla idman sektorunda 20-dən çox təşkilata sərmayə qoyan "Arctos Partners" noyabr ayında Formula 1 komandası "Aston Martin"in səhmlərinin bir hissəsini də satın alıb.

Elmir

Seçilən
359
34
valyuta.az

10Mənbələr