AZ

Dövlət Komitəsinin sədri Astara rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 4-də Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qurumdan XQ-yə bildirilib ki, qəbul saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26b) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

 

Seçilən
259
32
xalqqazeti.az

10Mənbələr