AZ

Səudiyyə Ərəbistanının kralı Putindən məktub alıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Rusiya prezidenti Vladimir Putindən ölkələr arasında ikitərəfli münasibətlərlə bağlı məktub alıb.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Bildirilir ki, kral məktubu Ər-Riyadda Rusiyanın Krallıqdakı səfiri Sergey Kozlovla görüşmüş Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xureici vasitəsilə alıb. Agentliyin məlumatına görə, görüş zamanı diplomatlar Rusiya ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri, regionda və dünyada baş verən son hadisələri müzakirə ediblər.

Seçilən
230
50
publika.az

10Mənbələr