Ukraynada Uşaqların Müdafiəsi Günü təxirə salınıb
Vladimir Zelenski Uşaqların Müdafiəsi Gününü iyunun 1-dən köçürüb. İndi Ukraynada bu bayram noyabrın 20-də qeyd olunacaq. İmzalanan sərəncama əsasən, bundan sonra Ukraynada Uşaqların Müdafiəsi Günü hər il 20 Noyabr - Ümumdünya Uşaqların Müdafiəsi Günü kimi qeyd olunacaq. Əvvəllər bayram iyunun 1-nə düşürdü.
Qərar, qeyd edildiyi kimi, uşaqların müdafiəsini Ukraynanın milli prioriteti kimi müəyyən etmək, “səylərin gücləndirilməsi və birləşdirilməsi... uşağın hüquq və mənafelərinin qorunmasına yönəlmiş...” məqsədi ilə qəbul edilib.
Ukrayna Prezidentinin 1998-ci il 30 may tarixli “Uşaqların müdafiəsi günü haqqında” Fərmanı bununla da öz qüvvəsini itirib.
aia.az
Tərcümə şöbəsi