AZ

Göygöldə qadının ölümünə səbəb olan sürücüyə AĞIR CƏZA

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü E.Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə E.Yusibov dörd il müddətinə sürücülük hüququndan, yeddi il müddətinə isə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 2022-ci il dekabrın 1-də Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb. VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə qarşıda gedən traktorun kotanına, sonra isə yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1990-cı il təvəllüdlü Bəsti Aslanova dünyasını dəyişib.
 
1988-ci il təvəllüdlü sürücü Elmir Yusibov və digər sərnişinlər - 1999-cu il təvəllüdlü Bayram Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev və 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanada müalicə olunublar.
Seçilən
144
50
moderator.az

10Mənbələr