AZ

“Kommunal Laboratoriyalar” auditor seçir

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna məxsus “Kommunal Laboratoriyalar” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 17 manatdır.

İddiaçılar təkliflərini iyunun 18-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Nizmai rayonu, Oqtay Vəliyev küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 18-i, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bu il mayın 22-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Metrologiya İnstitutu və “Kommunal Laboratoriyalar” Dövlət Agentliyinin tabeliyindəki, lakin strukturuna daxil olmayan qurumların siyahısına daxil edilib.

Seçilən
186
7
report.az

4Mənbələr