AZ

Hesabat yayıldı: Rusiyaya silahlar bu ölkələr üzərindən ötürülür: Ermənistan, Hindistan...

Mayın 20-də Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında Almaniya Xarici İşlər Nazirliyinin daxili hesabatına əsasən, gələcək mümkün sanksiyalar, əvvəlki uğur və çatışmazlıqlar müzakirə edilib.

Publika.az xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

Qapalı iclasda yüksək səviyyəli rəsmilər, o cümlədən Aİ-nin sanksiyalar komitəsinin rəhbəri Devid O'Sullivan və Aİ-nin Kəşfiyyat Koordinasiya Ofisinin direktoru Daniel Markiç iştirak edib.

Məlumata görə, O'Sullivan və Markiç sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir edəcəyini vurğulayıblar. Bildirilib ki, Aİ, xüsusilə Ermənistan, Serbiya, Özbəkistan və Hindistan kimi ölkələrlə bağlı sanksiyalar siyasəti çərçivəsində üçüncü ölkələr vasitəsilə hərbi ixracat sahəsində müəyyən uğurlar əldə edib.

Seçilən
0
3
publika.az

3Mənbələr