AZ

Tanınmış şirkət gömrük komitəsini və baş idarəni məhkəməyə verib

“Flistok” MMC ilə Dövlət Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.

Valyuta.az xatırladır ki, şirkət adıçəkilən qurumlar barəsində Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdı. 

Lakin birinci instansiya məhkəməsinin qərarı şirkəti qane etməyib. 

“Flistok” MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Xəyalə Cəmilova iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

“Flitstok” şirkəti “Kubota” dizel generatorlarının Bakı şəhərində satış və xidmət üzrə rəsmi distribyutorudur.

Hüseyn

Seçilən
413
24
valyuta.az

10Mənbələr