AZ

Super Liqa: “Qalatasaray” mövsümü inamlı qələbə ilə bitirdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Çempionluğu bir neçə tur öncə təmin etmiş “Qalatasaray” mövsümün son matçına “Başakşəhər”i 2 cavabsız qolla yenib. İstanbul nəhəngi mövsümü 95 xalla zirvədə tamamlayıb.

“Trabzonspor” da “Antalyaspor”la səfər oyunundan inamlı qələbə ilə ayrılıb. Üç qolun qeydə alındığı “Kasımpaşa” – “Göztəpə” oyununda da qonaqlar qələbə qazanıblar.

Mövsümə sabah keçiriləcək son 6 oyunla yekun vurulacaq.

Türkiyə, Super Liqa
38-ci tur

30 may

Antalyaspor – Trabzonspor 0:2
Qollar: Zubkov, 55. Lundstram, 57.

Qalatasaray – Başakşəhər 2:0
Qollar: Mertens, 17-pen. Osimhen, 81.

Kasımpaşa – Göztəpə 1:2
Qollar: Uanes, 47 – A.İldiz, 33-pen. Viktor Huqo, 90+2.

31 may

17:00. Fənərbağça – Konyaspor
17:00. Rizəspor – Hatayspor
20:00. Adana Dəmirspor – Qaziantep
20:00. Alanyaspor – Sivasspor
20:00. Bodrumspor – Beşiktaş
20:00. Samsunspor – Kayserispor

Seçilən
214
44
arena.az

10Mənbələr