Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun– Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarıüçün bayram tədbiri təşkil edib.
Bu barədə Trend-ə SHXÇDX-dən məlumat verilib.
Bildirilib ki, tədbir “Səbail Peşəkar Futbol Klubu”nuntəşkilatçılığı və Cəlal Qurbanovun “Mənim atam qəhrəmandır”layihəsi çərçivəsində həyata keçirilib.
Tədbirin rəsmi hissəsində “Səbail” PFK-nın icraçı direktoruFiruz Abdulla, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıqidarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov vəİctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi PərvizSədrəddinov çıxış ediblər. Çıxışlar zamanı Vətən Müharibəsi,Azərbaycanın suverenliyinin bərpası, tarix yazan şəhidlərinqəhrəmanlığı və digər mühüm məsələlər barədə ətraflı məlumatverilib.
Rəsmi hissə bitdikdən sonra şəhid övladları stadiona gedərək“Səbail” PFK-nın əvəzedici komandasının məşqini izləyib vəkomandalara bölünərək onlarla birgə futbol oynayıblar. Həmçininfutbol barədə müxtəlif suallarını idmançılara ünvanlayıblar.
Futbol oynadıqdan sonra balacalar qonaqlar “Səbail”infutbolçuları ilə birgə klubun yeməkxanasında nahar ediblər.Tədbirin sonunda əsas heyətin oyunçuları Rüfət Abdullazadə, MertÇelik, Nicat Məmmədzadə, Suleyman Alluş, Emin Rüstəmov və İnnosentNşuti şəhid övladlarına hədiyyələr təqdim edərək, onlarla xatirəşəkili çəkdiriblər.