Bu hüquq necə əldə olunur, hansı yaşda təyin edilir və nə zaman dayandırıla bilər?
Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək pensiyası hüququnun əldə olunması və bu hüququn qorunması ilə bağlı vacib məqamlara aydınlıq gətirib:
O, bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, 25 il sığorta stajına malik olan və ya minimum pensiya kapitalını toplamış şəxslər əmək pensiyası almaq hüququna malikdirlər:
"Əgər xüsusi şərtlərlə pensiya hüququ yaranmırsa, bu zaman kişilər 65, qadınlar isə 64 yaşına çatdıqda əmək pensiyasına çıxmaq hüququ əldə edirlər. Əgər vətəndaşın 25 illik sığorta stajı yoxdursa və ya onun fərdi hesabında toplanmış pensiya kapitalı tələb olunan minimum məbləğə çatmırsa, həmin şəxsə əmək pensiyası deyil, yaşa görə müavinət təyin olunur", - deyə deputat bildirib.
Vüqar Bayramov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın fərdi hesabında 2018-ci il iyulun 1-dək hətta 1 manat vəsaitin olması belə ona avtomatik şəkildə əmək pensiyası almaq hüququ verir:
"Bu, amnistiya mexanizmi çərçivəsində tətbiq olunur və vətəndaşlar bu imkanlardan hazırda da yararlana bilirlər. Ən vacib məqam isə ondan ibarətdir ki, əmək pensiyası hüququ qanunla təsdiqləndikdən sonra bu hüquq heç bir halda ləğv edilə və ya dayandırıla bilməz.
10Mənbələr
-
cebheinfo.azİranda ev heyvanları ilə bağlı bu qadağa genişləndirilir - FOTOLAR ( 18069250)
-
qafqazinfo.azİranda ev heyvanları ilə bağlı bu qadağa genişləndirilir - Fotolar ( 18067480)
-
qafqazinfo.azİranda ev heyvanları ilə bağlı qadağa genişləndirilir ( 18067066)
-
sia.azUşağın ev heyvanları ilə yaşaması niyə təhlükəlidir..? ( 18053080)
-
sia.azHəşərat dişləmələri niyə ev heyvanları üçün təhlükəlidir..? ( 17944399)
-
bakuinfo.netYol hərəkəti ilə bağlı bu cərimələr ARTIRILDI ( 17815207)
-
musavat.comPensiya ilə bağlı vacib AÇIQLAMA ( 17804320)
-
demokrat.azPensiya ilə bağlı vacib AÇIQLAMA ( 17803315)
-
day.azPensiya ilə bağlı vacib AÇIQLAMA ( 17802712)
-
milli.azPensiya ilə bağlı vacib AÇIQLAMA ( 17802193)