AZ

Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzinə zərbələr endirilib - 12 ölü, 60-dan çox yaralı

Bu gün Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bir təlim bölməsinin yerləşdiyi əraziyə raket zərbəsi endirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna KİV məlumat yayıb.

“Saat 12:50-yə olan məlumata görə, 12 ölüm və 60-dan çox yaralı var. Şəxsi heyətin itkisinin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığında komissiya yaradılıb və xidməti araşdırmaya göstəriş verilib”, - deyə məlumatda bildirilir.

Seçilən
287
50
qafqazinfo.az

10Mənbələr