1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə müxtəlif səpkili tədbirlərlə qeyd olunur.
Demokrat.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı “Dinamo” meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.
“Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən festivalda tanınmış müğənni və aşıqların, eləcə də 2023-cü ildə təşkil olunmuş ilk Uşaq İncəsənət Festivalı qaliblərinin rəngarəng çıxışları bütün iştirakçılara, xüsusilə də, bu əlamətdar günün səbəbkarlarına unudulmaz anlar yaşadıb.
Faiq Ağayev, Gülyaz Məmmədova, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, Aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ bölgələri də xüsusi stendləri ilə festivala öz töhfələrini veriblər.
Festival ərazisində qurulmuş xüsusi interaktiv zonalar, zəka və əyləncə guşələri, yaradıcı emalatxanalar və əl işlərinin təqdimat stendləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Gün boyunca davam edən musiqi, rəqs, səhnəciklər və təsviri sənət nümunələri uşaq dünyasının rənglərini əsl sənət tablosuna çevirib.









10Mənbələr
-
redaktor.azDənizkənarı Milli Parkda uşaqların bayramı ilə bağlı təntənəli tədbirkeçirildi ( 17834254)
-
manset.azUşaqların bayramı təntənəli şəkildə qeyd olundu ( 17833834)
-
demokrat.azUşaqların bayramı təntənəli şəkildə qeyd olunub — FOTOLAR ( 17833801)
-
report.azDənizkənarı Milli Parkda uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib ( 17833810)
-
qafqazinfo.azUşaqların bayramı təntənəli şəkildə qeyd olunub - Fotolar ( 17833507)
-
bakivaxti.azUşaqların bayramı təntənəli şəkildə qeyd olundu FOTOLAR ( 17833423)
-
publika.azUşaqların bayramı təntənəli şəkildə qeyd olundu ( 17833429)
-
qafqazinfo.azŞamaxıda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu - Fotolar ( 17709920)
-
demokrat.azŞuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir — FOTOLAR ( 17609336)
-
hurriyyet.azSahil Babayev islahatlara BAŞLADI – Bu şöbələr LƏĞV EDİLDİ ( 17543012)