AZ

Bakıda Dünya Kuboku keçiriləcək

BAKI. 2 iyun. TELEQRAF

İyunun 13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, üç gün davam edəcək yarışda "AGF Trophy" mükafatı da sahibini tapacaq.

Hələlik 7 ölkənin - Azərbaycan, Almaniya, Hindistan, Qazaxıstan, Çin, Ukrayna və Özbəkistan gimnastlarının iştirakı təsdiqlənib.

Açılış mərasimi 13 iyun saat 15:00-da olacaq.

Kişi və qadın akrobatlar qrup və cütlük, eləcə də qarışıq cütlük formasında balans və temp hərəkətlərini icra edəcəklər.

Finallar və mükafatlandırma mərasimi iyunun 15-də gerçəkləşəcək.

Seçilən
39
22
teleqraf.com

10Mənbələr