AZ

Bərdədə yük avtomobili yoldan çıxaraq aşdı

BƏRDƏ, 2 iyun. TELEQRAF

Bərdədə yük avtomobili aşıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.

Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü minik avtomobilini vurmamaq üçün maşını yol kənarına çəkməyə çalışıb. Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
292
50
teleqraf.com

10Mənbələr