AZ

Tofiq Musayev Bakıda keçiriləcək ilk UFC turnirində döyüşəcək

Bakı. Trend:

Tofiq Musayev Azərbaycanda keçiriləcək ilk tarixi UFC turnirindəiştirak edəcək.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, azərbaycanlı idmançı dünyanın aparıcı qarışıqdöyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq UFC Fight Night:Hill vs Rountree turnirində döyüşəcək.

Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçüMıqtıbek Orolbaydır.

Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncüazərbaycanlı döyüşçü olub.

Turnir 21 iyun tarixində Baku Crystal Hall-da keçiriləcək.Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu CamalHill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsindəhəmyerlimiz Rafael Fiziev ilə Çili təmsilçisi İqnacio Baxamondesarasında olacaq. Turnirin digər iştirakçılarından biri olanazərbaycanlı döyüşçü - Nazim Sadıxov da oktaqona çıxacaq. O,braziliyalı rəqibi Nikolas Motta ilə qarşılaşacaq.

Məqalədə:
Seçilən
367
47
az.trend.az

10Mənbələr