AZ

“Nürnberq” Emrelinin boşluğunu 25 yaşlı hücumçu ilə doldurdu

Almaniyanın “Nürnberq” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin əvəzedicisini tapıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi başa çatan müqaviləsini yeniləməyərək komandadan ayrılan Emrelini “Ulm”un oyunçusu Semir Telaloviçlə əvəzləyib.

25 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Telaloviç son mövsüm ərzində meydana çıxdığı 30 oyunda 12 qol müəllifi olub.

Qeyd edək ki, Mahir Emrelinin yeni klubu hələlik bilinmir. Onunla Almaniyanın “Kayserslautern”, “Sankt Pauli” və “Fortuna Düsseldorf” komandaları maraqlanır.

Seçilən
214
50
msport.az

10Mənbələr