AZ

III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində federasiya nümayəndələri ilə növbəti görüş keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində iyunun 2-də Gənclər və İdman Nazirliyində federasiya nümayəndələri ilə növbəti görüş keçirilib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, nazir Fərid Qayıbov III MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün tərəflərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

İclas zamanı yarışların keçiriləcəyi məkanlar, nəqliyyat, iştirakçıların yerləşdirilməsi və qidalanması, həmçinin yarışlara hazırlıq və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və görüləcək işlərin icra vəziyyətinə dair müvafiq tapşırıqlar verilib.

 

Seçilən
31
9
azertag.az

10Mənbələr