AZ

Tovuzda 66 yaşlı kişi çaya düşərək öldü

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib. Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
67
50
ucnoqta.az

10Mənbələr