AZ

İdmançıları daşıyan avtobus aşdı - 22 ölü

Nigeriyanın şimalında ölkənin milli idman festivalından qayıdan idmançıları daşıyan avtobus qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qəza nəticəsində 22 idmançı, eləcə də məşqçi və məmur ölüb, çox sayda insan ağır yaralanıb.

Kano Əyaləti Qubernatorluğu açıqlamasında qəzada həyatını itirənlərin əksəriyyətinin gənclər olduğunu bildirib. Qəzanın həddən artıq sürət və yorğunluq səbəbindən baş verə biləcəyi bildirilib.

Kano qubernatoru bazar ertəsi gününü matəm günü elan edib.

Ağarza Elçinoğlu

Seçilən
93
17
unikal.az

10Mənbələr