AZ

ABŞ Suriyada üç hərbi bazadan imtina edib

ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb və Suriyada hərbi mövcudluğunu azaltmaq çərçivəsində daha bir hərbi bazanı kürdlərin Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verib.

APA xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına bildirib.

ABŞ komandanlığı bir neçə həftə ərzində Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb.

“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, digəri isə Suriya Demokratik Qüvvələrinə verilib”, - ABŞ rəsmisi bildirib.

Telekanalın məlumatına görə, kürd qüvvələri Mission Support Site Euphrates hərbi bazasına nəzarət edəcək. İmtina edilən Amerika bazası arasında Mission Support Site Green Village-in adı olsa da, digərinin adı açıqlanmayıb.

2015-2018-ci illərdə kürdlərin nəzarətində olan Suriya ərazisində doqquz ABŞ hərbi bazası yaradılıb. Bu ilin aprel ayında Pentaqon ABŞ Komandanlığının Suriyadakı kontingentini ixtisar edəcəyini və ölkə ərazisində 1000-dən az hərbçinin qalacağını bildirib.

Seçilən
192
50
apa.az

10Mənbələr