Nigeriyanın şimalında, ölkənin milli idman festivalından qayıdan idmançıları daşıyan bir avtobus qəzaya uğrayıb.
News24.az xəbər verir ki, qəza nəticəsində idmançılar, məşqçilər və rəsmilərdən ibarət 22 nəfər həyatını itirib, çox sayda insan isə ağır yaralanıb.
Hadisənin həddindən artıq sürət və yorğunluq səbəbilə baş vermiş ola biləcəyi qeyd olunub.
Qəza zamanı həyatını itirən idmançıların, öz ştatlarını böyük uğurla təmsil etdikləri və festivalın bağlanış mərasiminin cəmi iki gün əvvəl keçirildiyi qeyd edilib.
Kano qubernatoru bazar ertəsi gününü "matəm günü" elan edib.
Məryəm İlhamqızı