“Təkcə ötən il kredit alanların 3000 min nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər - 1,800-dən bir qədər. Sonrakı yeri isə müəllim tutur - 1754”.
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasındsa 2024-cü ilin büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı deyib.
Deputat əlavə edib ki, kredit götürənlərin 90 faizi Bakı və Abşeron yarımadasının payına düşür: “Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var”.
Mürtəza
Ölkə.az