AZ

Türkiyədə güclü zəlzələ - 14 yaşlı qız ölüb

Ötən gecə Türkiyənin Marmaris rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.

Paralel.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, azı 69 nəfər xəsarət alıb.

Bildirilib ki, yeraltı təkanlar baş verən zaman insanlar çaxnaşma içində küçələrə qaçıblar, bəziləri isə çoxmərtəbəli binaların pəncərələrindən atılıblar.

Zərərçəkənlərdən 55-i xəstəxanaya yerləşdirilib. 14 yaşlı qız isə dünyasını dəyişib. Onun zəlzələdən sonra şiddətli panik atak keçirdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb.

Zəlzələnin episentri sahilə yaxın, ocağı isə 67 kilometr dərinlikdə yerləşib. 

Həmidə İbrahimova

Seçilən
241
50
paralel.az

10Mənbələr