İspaniya Müdafiə Nazirliyi əvvəllər Quru Qoşunları Komandanlığının istifadəsi üçün “Spike LR2” tank əleyhinə raket kompleksinin istehsalına dair razılığa gəldiyi İsrail şirkəti ilə müqavilənin dayandırılmasına göstəriş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazirlik, İsrailin Rafael Advanced Defense Systems şirkətinin İspaniyadakı törəməsi olan Pap-Tecnos-a verilən təxminən 285 milyon avro dəyərində 3 oktyabr 2023-cü ildə elan edilmiş müqavilənin dayandırılmasına qərar verib.
İspaniya hökumətinin müdafiə üzrə dövlət katibi Amparo Valkarse keçən həftə hökumətin İsraildən hər hansı formada asılılığın qarşısını almaq üçün geri çəkilmə planları üzərində işlədiyini söyləyib.