AZ

Azərbaycanda dərmanlar niyə qonşu ölkələrdən bahadır?VİDEO

Azərbaycanda 13.32 qəpik, Türkiyədə 3 manat 60 qəpik, Rusiyada 1 manat 18 qəpik, Gürcüstanda isə 9 manat 14 qəpik...  

Xezerxeber.az xəbər verir ki, söhbət şəkərli diabet xəstəliyinin müalicəsində istifadə edilən dərmandan gedir. Eyniadlı bir çox dərman digər ölkələrlə müqayisədə Azərbaycanda qat-qat bahadır.

Elə sorğu apardığımız şəxslər də dərmanların həm qiymətində, həm də keyfiyyətində xeyli fərq olduğunu deyirlər.

Tibbi məsələlər üzrə ekspert Rasif Bağırov deyir ki, qiymət fərqinin kəskin olmasının əsas səbəbi gömrük rüsumunun həddindən yüksək olmasıdır.

Ekspertin sözlərinə görə, Yerli istehsalın olmaması vəziyyəti bir qədər də qəlizləşdir.

Ekspert qeyd edir ki, son 3 ayda da ölkədə dərmanların qiyməti təxminən 10 faizə qədər artıb.

Millət vəkili Fazil Mustafa da bildirir ki, dərman qiymətlərinin digər ölkələrlə müqayisədə kəskin fərqlənməsinin əsas səbəbi  istehsal ilə bağlıdır.

Fazil Mustafanın fikrincə, bəzi zəruri dərmanlar Azərbaycanda  istehsal edilərsə, bununla yanaşı digər dərmanların ölkəyə gətirilməsinə, satışına nəzarət gücləndirilərsə qiymətlər tənzimlənə bilər.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Seçilən
52
50
xezerxeber.az

10Mənbələr