İyunun 3-də LDPR partiyasının sədri Leonid Slutski Sankt-Peterburqda Rusiya Siyasi Tarixi Muzeyində “Jirinovski belə danışdı” sərgisini açıb...
Poliqon xəbər verir ki, sərginin açılışında Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov iştirak edib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, ziyarətçilər müxtəlif ölkələrin liderlərinin əvvəllər dərc olunmamış fotoşəkilləri, arxiv videoları, əlyazmaları və qeyri-adi hədiyyələri ilə də tanış ola bilərlər.
Sərgidə siyasətçinin nadir zəngli saatı, geyimi, sevimli aksesuarları və şahmat kimi şəxsi əşyaları nümayiş etdirilir.
Poliqon.info