AZ

Bu iki futbolçu “Neftçi”nin bazasına yollandı – Danışıqlar son mərhələdə

“Neftçi”nin heyətinə qatması gözlənilən Murad Xaçayevlə Elvin Bədəlov rəhbərliklə görüş keçirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, iki futbolçu da bu yaxınlarda klunun bazasında olublar. Oyunçular rəhbərliklə söhbət edib və tərəflər arasında ilkin razılıq əldə olunub.

Hələlik “Neftçi” “Sumqayıt”dan ayrılan futbolçularla rəsmi müqavilə bağlamayıb. Ancaq tərəflərin anlaşdığı və sözləşmənin imzalanmasının an məsələsi olduğu bildirilir. 

Xatırladaq ki, Murad Xaçayev cari mövsüm “kimyaçılar”ın heyətində 35, Elvin Bədəlov isə 33 oyun keçirib.

 

Seçilən
189
2
idmanxeber.az

10Mənbələr