AZ

Qazaxıstanın energetika naziri: Qlobal neft bazarında sabitliyin təşviqinə hazırıq

Qazaxıstan qlobal neft bazarında sabitliyin təmin olunması üçün birgə səyləri davam etdirməyə hazırdır.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Astanada OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşündə deyib.

“Danışıqlar zamanı nazir Qazaxıstanın tarixi OPEC+ sazişinə sadiqliyini və qlobal neft bazarında sabitliyin təminatı üçün birgə səyləri davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Energetika Nazirliyinin açıqlamasında deyilir.

Hər iki tərəf “8 ölkə” görüşü çərçivəsində qarşılıqlı fəaliyyətin nəticələrini və əldə olunmuş razılaşmaları yüksək qiymətləndirib.

“Qazaxıstan üzv dövlətlərlə gələcək sıx əməkdaşlığa hazır olduğunu bildirib və istehsalçıların, istehlakçıların və bütövlükdə qlobal iqtisadiyyatın maraqları naminə qlobal bazarda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini vurğulayıb”, - məlumatda bildirilir.

Seçilən
322
6
report.az

10Mənbələr