AZ

Ceyms Kameron yeni layihəsini açıqladı

Yazını böyüt
Yazını kiçilt

Ceyms Kemeron “Pandora” ilə qısa fasilə verir. Məşhur rejissor özünün ən çox satılan “The Devils” romanını böyük ekran üçün uyğunlaşdırır.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, Kemeron “The Blade Itself” və “Half a King” romanları ilə tanınan yazıçı Co Aberkrombinin “The Devils” kitabının hüquqlarını özünün istehsal şirkəti Liqhtstorm Entertainment vasitəsilə əldə etdiyini açıqlayıb. Kameron ssenarini Aberkrombi ilə birlikdə yazacaq.

Qaranlıq və fantastik hekayə olan “The Devils”, Avropanı ət yeyən elflərin işğalından xilas etmək tapşırığı verilmiş canavarlardan ibarət xüsusi komandanın təqibidir.

Kemeron verdiyi açıqlamada 50 yaşlı Aberkrombini illərdir böyük məmnuniyyətlə oxuduğunu və kitablarını səbirsizliklə gözlədiyini bildirib.

Oskar mükafatlı alan rejissor deyib ki, “Avatar: Fire and Ash” filmini tamamladığım üçün diqqətimi bu layihəyə yönəltmək üçün səbirsizlənirəm. Bu unudulmaz personajları canlandırmaq mənim üçün həm sevinc, həm də yeni çağırış olacaq”.

Romanın müəllifi Co Aberkrombi, "Mən bu qəribə və gözəl kitabı böyük ekrana uyğunlaşdırmaq üçün Ceyms Kemerondan daha yaxşı insan düşünə bilmirəm" deyib.

Kitabda bir kitabxanaçı, canavar, cəngavər və vampir qaniçən elflərin dünyanı işğal etməsinin qarşısını almaq üçün birləşirlər. Bundan əlavə, “Fire and Ash” 19 dekabrda Kameronun “Avatar” seriyasındakı üçüncü filmi olaraq ekranlara çıxacaq.

Seçilən
355
5
hafta.az

10Mənbələr