AZ

Azərbaycan BMT-də Gürcüstanı dəstəklədi, XİN başçısı təşəkkür etdi

TBİLİSİ, 4 iyun. TELEQRAF

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində Gürcüstan və 63 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni rekord sayda – 107 ölkə dəstəkləyib, 9 ölkə əleyhinə səs verib, 49 ölkə isə bitərəf qalıb.

Azərbaycan Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələr arasında yer alıb.

Qətnamədə Gürcüstanın Rusiyanın işğal etdiyi bölgələrində baş verən zorakı demoqrafik dəyişiklikləri qınanılıb, etnik mənsubiyyətindən asılı olmyaraq məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması hüququ təsdiqlənib və onların hüquqlarına hörmətlə yanaşılmanın və qorunmasının zəruriliyi qeyd edilib.

Gürcüstanın XİN başçısı Maka Boçorişvili qətnamənin həmmüəllifləri olan və sənədi dəstəkləyən bütün dövlətlərə “X” hesabında təşəkkür edib. O, qətnamənin qəbulunu işğalın gələcəyinin olmamasına aydın mesaj adlandırıb.

Seçilən
84
4
teleqraf.com

10Mənbələr