BAKI, 4 iyun. TELEQRAF
"Hazırkı tariflər real tariflərdən çox aşağıdır".
Teleqraf xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, tarif şurasının qərarına əsasən, 1 kvadratmetr sahəni isitmək üçün 30 qəpik tarif haqqı tətbiq olunur.