"FİNOKO Bank Olmayan Kredit Təşkilatı" ASC 2024-cü ili 3 milyon 173 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2023-cü ili 1 milyon 622 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "FİNOKO BOKT"ın xalis zərəri 2 dəfə artrıb.
Marja.az Təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 31 dekabr 2024-cü il tarixində "FİNOKO BOKT"ın yığılmış zərəri 7 milyon 115 min manata çatıb ki, bu təşkilatın 5 milyon 355 min manat olan nizamnamə kapitalından 1 milyon 760 min manat çoxdur (kapitalı mənfi zonaya düşüb).
Faiz gəlirlərinin azalması, yüksək faiz xərcləri və kredit zərərləri üzrə ehtiyatlara ayırmanın artması "FİNOKO BOKT"ın zərər etməsinə səbəb olub.