AZ

Qidadaki mikroplastiklər qaraciyəri zədələyir

ain.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ALİMLƏR XƏBƏRDARLIQ EDİRABŞ-ın Devis Universitetindən olan alimlər mikroplastiklərin sağlamlığa ciddi zərər verdiyini aşkar edib. Amerika Qidalanma Cəmiyyətinin (ANS) Orlando şəhərində keçirilən konfransında təqdim olunan araşdırmaya əsasən, qida və içkilərdəki nanoplastik hissəciklər maddələr mübadiləsini pozur və qaraciyərdə zədələnmələrə səbəb olur.Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, insanın gündəlik qəbuluna uyğun miqdarda polistirol nanohissəcikləri qəbul edən heyvanlarda şəkərli diabet əlamətləri və qaraciyər toksik zədələnməsi müşahidə olunub. Nanoplastiklərin bağırsaq baryerinin keçiriciliyini artırdığı və toksinlərin qan dövranına keçməsini asanlaşdırdığı da müəyyən edilib. Bu isə, az miqdarda plastik hissəciklərin belə ciddi sağlamlıq problemləri yaratdığını göstərir.Alimlər xəbərdarlıq edirlər ki, hazırkı təmizləmə üsulları nanoplastikləri aradan qaldırmaqda təsirsizdir. Gələcək araşdırmalar mikroplastiklərin uzunmüddətli təsirlərini öyrənməyə və qorunma yollarını tapmağa yönələcək.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
259
9
saglamolun.az

10Mənbələr