AZ

Lənkəranda dönərçini öldürən sürücüyə hökm oxundu

Lənkəranda 29 yaşlı gəncin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə hökm oxunub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Şəhər sakini, sürücülük hüququ olmadığı halda özünə məxsus "Daewo-Espero" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin ərazidə dönərçi işləyən rayon sakini, 1995-ci il təvəllüdlü Anar Ağazadəni vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə sürücü 6 il azadlıqdan məhrum edilib.

Seçilən
230
13
avtosfer.az

10Mənbələr