"Ən nifrət elədiyim insanlar, dünyaya bir uşaq gətirib, bütün nəsil yığışıb o uşağa baxır. Məni görən kimi üstümə ulayır, uşaq saxlamağın çətinliyindən danışır".
Yenisabah.az xəbər verir ki, bunu aktrisa Zülfiyyə Qurbanova "Facebook" paylaşımında qeyd edib.
O əlvə edib: "İstəyirəm qapazı qoyum ağızlarının üstünə, yenə özümü saxlayıb, deyirəm, mənim yerimə olsan, nə edərsən? Bayquş insanlar! Gəlib 80 yaşına, adamı görən kimi yaşlılıq haqqında danışır. Rəsmi şəkildə ulayır. Belə olanda deyirəm yaşlanmadan ölənlər var. Ümumiyyətlə, bayquş insanlar yıxdı evimizi".
Telegram kanalımız