Bakı, 4 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov iyunun 12-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 21) Qəbələ, Şəki, Oğuz, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşəcək.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Qəbələ, Şəki, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.