AZ

Banqladeş prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu göndərib.

Herbiand.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycanın müstəqilliyinin qürurla qeyd olunduğu bu gün həm də ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir daha təsdiqləmək üçün yaxşı fürsətdir.

Bu əlamətdar gündə xalqlarımızın davamlı rifahı naminə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyimizi bir daha bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Seçilən
77
50
herbiand.az

10Mənbələr