Rusiya müharibənin 1197-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 61 316 PUA-sı, 610 zenit-raket kompleksi, 23 749 tank və digər zirehli texnikası, 1 566 reaktiv yaylım atəş sistemi, 25 696 artilleriya və minaatanı, 36 441 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.